Tam fərqli Mercedes C-Class

20:11 | 06.09.2014
Tam fərqli Mercedes C-Class

Tam fərqli Mercedes C-Class

Alman şirkəti "Schmidt Revolution" təkcə eksklüziv təkər disklərinin istehsalçısı deyil, həm də bu yaxınlarda yeni "Mercedes-Benz C-Class W205"-i yeniləyən əsl tüninq-atelyedir.Milli.Az auto.az-a istinadən bildirir ki, kiçik lüks sedan böyük təkər diskləri, düzgün "qamət" alıb ki, bu da onu seriyadakı modellərdən fərqləndirir. Bundan əlavə, avtomobilin ötüb-keçmə əməliyyatlarında özünü daha inamlı hiss etməsi üçün ona bir qədər güc qatıblar.Yeni nəsil "Mercedes C-Class" qabaq oxda 235/30, arxa oxda isə 275/25 ölçülərində "Dunlop" şinlərinə bürünmüş 20-düymlük gümüşü çoxmilli disklər üzərində hərəkət edir."KW Inox Line-Variant 3" koylover dəsti avtomobil sahibinə 1949 avroya başa gələcək ki, bununla da klirens 35-70 mm aşağı düşəcək. Əlavə pul ödəməklə uzaqdan idarəolunan "KW DDC" koyloverləri də sifariş etmək olar.2,1-litrlik 4-silindrli turbo dizel mühərrikinin "C220 Blue TEC" modifikasiyasının məhsuldarlığını artırmaq üçün "Carlsson" şirkətinin çip-boksundan istifadə edilib.

Bununla da standart 170 a.g.-ə 34 a.g., 400 Nm fırlanma anına isə 100 Nm əlavə edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti