Rusiyanın xalq artisti Tamara Miansarova 87 yaşında vəfat edib.
anews.az-ın xəbərinə görə, bu barədə "İzvestiya” qəzeti yazır.
Məlumatı ailənin dostu İvan Çıbin də təsdiqləyib.
Qeyd olunur ki, həyatının son illərində bud sümüyü boynundan keçirdiyi əməliyyatdan sonra yataq xəstəsi idi.
Tamaşaçıların yaddaşında Tamara Miansarova "Qara pişik”, "Letka-yenka” və "Qoy həmişə günəş olsun” kimi mahnıların ifaçısı kimi yadda qalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !