"TamStore" Mağazalar Şəbəkəsində istifadəyə yararsız məhsul satılır. Bu barədə anews.az-ın əməkdaşının mağazalarından birində çəkdiyi fotolarda qeyd olunub.
Belə ki, 11 yanvarda satışa çıxarılan çovdar çörəyi 16 yanvar son müddət tarixi olmasına baxmayaraq çörəyin üzərində bakteriayaları açıq görmək olur.
Məsələ ilə bağlı Qida Təhlükəsizi Agentliyindən bildirilib ki, qeyd olunan görüntülər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb.
"Məsələ Agentliyin Bakı regional bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə zəng vuraraq və ya daha asan şəkildə "E-Qidam” mobil tətbiqi vasitəsilə məlumat versinlər", - məlumatda deyilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !