TANAP-ın işə düşəcəyi vaxt açıqlandı

11:40 | 05.06.2014
TANAP-ın işə düşəcəyi vaxt açıqlandı

TANAP-ın işə düşəcəyi vaxt açıqlandı

Azərbaycan qazının Türkiyə ərazisindən Avropa sərhədinə qədər nəqlinin təmin edəcək Trans-Anadolu qaz kəməri (TANAP) 2018ci ilin ortalarında istismara veriləcək.
Trend-in məlumatına görə, bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, tam layihə gücü 31 milyard kubmetr olan qaz kəməri artıq 2026-cı ildə tam gücü ilə işə düşəcək.
"Şahdəniz" yatağından qaz hasilatı barədə danışan ARDNŞ-nin birinci vitse-prezidenti bildirib ki, bu il iyunun birinə olan vəziyyətə görə, yataqdan 52 milyard kubmetrə yaxın qaz və 13,5 milyon ton kondensat hasil olunub.
Yusifzadənin sözlərinə görə, iyunun birinədək yataqdan hasil olunan 28 milyard kubmetr həcmində qaz Türkiyəyə, eləcə də 3,9 milyard kubmetr həcmində Gürcüstana ixrac edilib.
TANAP layihəsi "Şahdəniz" yatağından qazın Türkiyə ərazisindən Avropa ilə sərhədədək çatdırılmasını nəzərdə tutur.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb