Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) tikintisi planlaşdırıldığından daha ucuz başa gələcək.
"APA-Economics"in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev.
SOCAR prezidenti deyib ki, layihəyə planlaşdırıldığından 20-25% daha az vəsait sərf olunacaq. "TANAP-ın tikintisi öz axarı ilə davam edir. Layihə planlaşdırdığımızdan ən azı 20-25% ucuz başa gələcək. Çox gözəl tender nəticələrimiz olub. Bu da imkan verir ki, layihəyə daha az vəsait xərclənsin", - deyə R. Abdullayev qeyd edib.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.
TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: "Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !