Taner Yıldız: “Bakı-Tiflis-Ərzurum qaz kəmərini PKK partladıb”

16:09 | 04.08.2015
Taner Yıldız: “Bakı-Tiflis-Ərzurum qaz kəmərini PKK partladıb”

Taner Yıldız: “Bakı-Tiflis-Ərzurum qaz kəmərini PKK partladıb”

Bakı-Tiflis-Ərzurum təbii qaz kəmərində partlayış PKK-nın hücumu nəticəsində baş verib.

"APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız bəyan edib. "Terror təşkilatı xalqımızın dinc və rifah halına qəsd etdiyini bir daha göstərdi. Bu gecə saat 01:15-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz boru xəttinin Sarıkamış Yağbasan kəndindəki hissəsinə terror təşkilatının etdiyi hücum qaz nəqlinin dayanmasına səbəb olub. Bunlar əllərindən gəlsə, təkcə Çuxurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz və təbii qazsız qoymaq fikrindədirlər”.

Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti