Taner Yıldız Rusiyaya səfərini qəfil ləğv etdi

21:14 | 17.06.2015
Taner Yıldız Rusiyaya səfərini qəfil ləğv etdi

Taner Yıldız Rusiyaya səfərini qəfil ləğv etdi

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Rusiyaya sabaha planlaşdırılan səfərini ləğv edib.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazir Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak və "Qazprom” rəhbəri Aleksey Millerlə "Türk axını” qaz kəməri layihəsi də daxil olmaqla energetika sahəsində əməkdaşlığı müzakirə etməli idi.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Bakıda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflərin "Türk axını” layihəsinə dair əvvəl əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə dair müzakirələr apardığı açıqlanıb.

Bu danışıqların nəticələrinə əsasən Türkiyə tərəfi bəyan edib ki, kəmərin marşrutuna dair koordinatlar dəqiqləşdirilib və "Qazprom” tərəfindən göndərilib.

Gözlənilirdi ki, prezidentlərin görüşündə əldə edilmiş razılaşmaların detallarını müzakirə etmək üçün Taner Yıldız sabah Rusiyaya səfər edəcək.

Lakin Taner Yıldızın səfəri son anda ləğv edilib. Səfərin ləğv edilməsinə dair hər hansı açıqlama verilmir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM