Taner Yıldız: Rusiya qazı Azərbaycan qazından bahadır

12:18 | 19.03.2015
Taner Yıldız: Rusiya qazı Azərbaycan qazından bahadır

Taner Yıldız: Rusiya qazı Azərbaycan qazından bahadır

Qazın rəsmi qiyməti açıqlanmır.

Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bəyan edib ki, Rusiya qazı Türkiyəyə Azərbaycan qazından xeyli baha başa gəlir.

Oxu.Az bu barədə Rosbalt-a istinadla xəbər verir.

Qazın rəsmi qiyməti açıqlanmır, lakin öncə Türkiyə KİV-i məlumat yayıb ki, Türkiyə Rusiya qazını min kub metrə görə 425 dollar, İran qazını isə 490 dollara alır. Ankara Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən Azərbaycan qazının min kub metrinə isə 335 dollar ödəyir. 

Rusiya təbii qazın Türkiyəyə əsas tədarükçülərindəndir. Ötən il Türkiyəyə 26,7 mlrd kub metr Rusiya qazı çatdırılıb. Cari ildə tədarükün həcminin 30 mlrd kub metrə qədər artırılması planlaşdırılır. Türkiyə İrandan 10 mlrd kub metr qaz alır, Azərbaycanla isə müqavilə 6.6 mlrd kub met qaz üçün imzalanıb. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM