Aktyor Özgür Aydın həbs edilib.
Anews.az axşam.az-a istinadən bildirir ki, buna səbəb onun mindiyi taksinin sürücüsünü döyməsidir.
Hadisə ötən gün Kadıköydə baş verib. İddialara görə, Özgür taksiyə minib və gedəcəyi ünvana çatmadan avtomobildən enib.
İkili arasında yaranan gərginlikdən sonra Ö.Aydın dostları ilə birgə sürücünün telefonunu alıb və onu döyüb.
Ardınca sürücü kömək üçün dostuna zəng edib. Lakin aktyorun yaxınları sürücünün dostunu da bıçaqla yaralayıb.
Taksinin sürücüsü aktyor və dostlarını polisə şikayət edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !