Antalyada Altın Portağal Film Festivalının qapanış və mükafatların təqdimetmə mərasimi keçirilib.
"Qafqazinfo” xəbər verir ki, 58-ci dəfə təşkil olunan mərasimdə tanınmış aktyor Tamer Karadağlı ilə "Zuhal” filmindəki rolu ilə "İlin ən yaxşı aktrisası” adına layiq görülən Nihal Yalçın arasında yaşanan gərginlik gecəyə damğa vurub.
N.Yalçın filmdə çox qadının əməyi olduğunu deyib, rejissora təşəkkür edərkən T.Karadağlı ona mükafat verib.
"Kim verdi mükafatı? "Sus” dediniz? Artıq "sus” deyirsiniz?”, - deyə aktrisa Karadağlının hərəkətinə reaksiya göstərib.
"Mükafatınızla birlikdə danışın, qaldırın və zəfər çıxışınızı elə edin”, - Karadağlı cavab verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !