Tanınmış aparıcı Elgiz Əkbərlə bağlı VACİB XƏBƏR - GETDİ...

18:41 | 12.09.2019
Tanınmış aparıcı Elgiz Əkbər ARB televiziyasında yeni veriliş aparacaq.
Redaktor.az xəbər verir ki, yeni mövsümdən efirə gedəcək veriliş "Elgizin izi" ilə adlanır. 
Uzun müddətdir "Səhər-səhər" verilişinin aparıcısı olan Elgiz Əkbər faktı təsdiqləyib. O bildirib ki, bundan sonra şou və mədəniyyət verilişləri aparmayacaq:
"Yeni verilişimiz sosial yönümlüdür. İnsanların problemlərini işıqlandırmağa çalışacağıq. Veriliş haqqında daha ətraflı məlumat vermək icazəm yoxdur. Bu barədə ARB kanalının rəhbərliyindən geniş məlumat ala bilərsiniz".
Qeyd edək ki, "Elgizlə izlə" adlanan veriliş yeni yayım mövsümündən həftə içi hər gün efirə gedəcək.

www.anews.az
loading...