Tanınmış aparıcı xalq artistini biabır etdi

12:21 | 19.07.2019
Tanınmış aparıcı xalq artistini biabır etdi

Tanınmış aparıcı xalq artistini biabır etdi

Əməkdar jurnalist Ləman Ələşrəfqızı Xalq artisti Məleykə Əsədovanı öz sosial şəbəkə hesabında sərt tənqid edib.

Bizimyol.info-nun məlumatına görə, jurnalist aktrisanı reklam çarxında yol verdiyi kobud səhvə görə qınayıb.

Belə ki, Xalq artisti özəl klinikalardan birini reklam edərkən ilbizlə müayinə üsullarından danışarkən, ilbiz sözünü iblis kimi tələffüz edib.
"Məleykə Əsədova hər əlində bir-iki ilbiz bir özəl klinikanı reklam edir. Axıra qədər də ilbizə iblis deyir. Və…sosial şəbəkələrdə bunu tirajlayırlar. Gərək bu xalq artistinə "İblis” tamaşasında bir rol versinlər. İblislə ilbizin fərqini anlasın. Onun reklamını yapanlara da o tamaşaya bilet satsınlar. Nə gündəsiz”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb