Tanınmış basketbolçunu vəhşicəsinə döydülər - VİDEO

15:36 | 22.01.2020
Tanınmış basketbolçunu vəhşicəsinə döydülər - VİDEO

Tanınmış basketbolçunu vəhşicəsinə döydülər - VİDEO

Sosial şəbəkələrdə Amerika Basketbol Liqasında çıxış etmiş tanınmış basketbolçu Delant Uestin vəhşicəsinə döyülməsini əks etdirən video yayımlanıb. 

REN TV xəbər verir ki, hadisə Kolumbiya Federal Dairəsinə gedən yolda qeydə alınıb.

Görüntülərdə yaxın zamanlara qədər Amerika Basketbol Liqasının ulduzlarından biri hesab olunan 36 yaşlı Delant Uestin naməlum kişi tərəfindən döyülməsi əks olunub. 

Amerika Basketbol Liqasında (NBA) səkkiz mövsüm keçirmiş D.Uest 19 milyon dollar gəliri olan ən yüksək qazanclı basketbolçulardan biri hesab olunurdu.

Lakin mətbuat yazır ki, basketbolçu depressiv psixozdan əziyyət çəkir və son illərdə səfil həyat tərzi sürür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM