Tanınmış futbolçu Azərbaycana dəstəyini ifadə etdi - FOTO

12:30 | 16.09.2022
Tanınmış futbolçu Azərbaycana dəstəyini ifadə etdi - FOTO

Tanınmış futbolçu Azərbaycana dəstəyini ifadə etdi - FOTO

Türkiyənin "Başakşehir" klubunda çıxış edən Almaniya millisinin sabiq futbolçusu Mesut Özil Azərbaycan - Ermənistan sərhəddində baş verənlərlə bağlı Azərvaycanı dəstəklədiyini bildirib. 34 yaşlı yarımmüdafiəçi bu barədə  şəxsi instaqram hesabında məlumat verib. 


Özil şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və onların ailələrinə başsağlığı verib.


O, həmçinin, Vətən müharibəsi dönəmində də eyni addımı atmışdı.


Mesut Özil 15 oktyabr 1988-ci ildə Almaniyanın Helzenkirxen şəhərində doğulmuşdur. 2010-cu ildə keçirilmiş Dünya çempionatında uğurlu çıxışından sonra "Verder"dən Real Madrid"ə 15 milyon avro qarşılığında transfer olunmuşdur. Həmçinin bu turnirdəki uğurlu futbolu ilə Qızıl Top və Avropada İlin Futbolçusu mükafatlarına namizəd göstərilmişdir.

 



Zonquldaklı bir ailənin uşağı olaraq dünyaya gələn Mesut Özil Türkiyəmilli futbol komandasında çıxış etməyə dəvət alarkən "Özümü bir alman kimi hiss edirəm" deyərək bu təklifi rədd etmiş, Almaniya milli futbol komandasının heyətində iştiraka üstünlük vermişdir. Lakin 2018 FİFA Dünya Kubokundan sonra ona edilən irqçi təzyiqlər səbəbindən millidəki karyerasını başa vurmuşdur.


Mesut Özil "Real Madrid" klubunun heyətində çıxış etmiş ilk türk əsilli futbolçu olmuşdur. 

 

Sadiq Cavadov


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti