Rusiya millisinin sabiq futbolçusu Yuri Jirkov karyerasını bitirməyə hazırlaşır.
Bu barədə 39 yaşlı müdafiəçi "Match TV"yə açıqlama verib.
O bildirib ki, daha 1 il oynamaq istəyi olsa da, futbolla vidalaşmaq ehtimalı yüksəkdir: "Rusiya klublarından təkliflərim var. Amma "Ximki"dəki vəziyyətə düşmək istəmirəm. Bu baxımdan karyeramı bitirəcəyimi istisna etmirəm".
Yığmada 104 oyun keçirmiş Yuri Jirkov MOİK, "Dinamo" (Moskva), "Zenit" klublarında, həmçinin İngiltərənin "Çelsi" komandasında çıxış edib
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !