Bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:
"Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olaraq sistem qoşdular. Daha sonra həkimlərin məsləhəti ilə bir dərman (kardiomaqnit) qəbul etdim. O gündən etibarən də müxtəlif vitaminlər içirəm. Koronavirusa yoluxduğum ilk günü çox ağır keçirtdim. Dəhşətli ağrılarım oldu. Qızıma da yoluxmasın deyə onun təcili anamın yanına göndərdim. Hazırda isə sağalmışam, səhhətim çox yaxşıdır. Kim bu infeksiyaya yoluxubsa Allah kömək olsun, şəfasını versin”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !