Tanınmış şairə, publisist, tərcüməçi Afaq Şıxlının səhhəti qəfildən pisləşib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, həmyerlimiz yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilib.
Saytımıza açıqlama verən Afaq Şıxlı xəbəri təsdiqləyib. Hazırda müayinə və müalicə olunduğunu deyən şairə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını deyib:
"Ürəyim xəstə olsa da həkimə getmirdim, qəfildən halım pisləşdi və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıldım. İki gündür ki, müayinələr aparılır, eyni zamanda dava-dərman olunur. Burdakı həkimlərdən çox razıyam, hələ ki, müayinə və müalicə üçün bir rubl belə xərcləməmişəm. Həkimlər infarkt riskindən şübhələnir, müayinə tam başa çatandan sonra dəqiq diaqnoz qoyulacaq. Səhhətim yaxşı deyil, görək müalicədən sonra necə olacam”.
Xəstəxanadan nə vaxt evə buraxılacağını bilməyən şairə həkimlərin ona qadağa qoyduğunu da bildirib:
"Həkimlər telefonla danışmağı qəti qadağan edib. Stressdən uzaq olmalıyam”.
Qeyd edək ki, Afaq Şıxlı Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya və Rusiya Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !