Tanınmış müğənni səhnədən gedəcəyini açıqladı

12:13 | 05.01.2014
Tanınmış müğənni səhnədən gedəcəyini açıqladı

Tanınmış müğənni səhnədən gedəcəyini açıqladı

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Yıldız Tilbe səhnədən ayrılacağını açıqlayıb. Bu barədə Tilbe öz sosial şəbəkədəki səhifəsində açıqlama verib. Çox yorulduğunu yazan müğənni musiqi həyatının davam edəcəyini yazıb. 

“Son günlər özümdən xoşum gəlmir. Dünən və bundan əvvəlki bir neçə gün, sabah da belə görünür burdan. Bazarertəsi hər dəyişər məndə İnşallah. Səhnədən ayrılmaq barədə fikirləşməyə məcburam. Bir şeyi fikirləşmək gözəl, fikirləşməyə məcbur olmaq həqiqətən çətindir. Mənə nə iş məsləhət görürsünüz, bundan sonra nə etməliyəm? Bəlkə də səhnəsizlik yaxşı olacaq. Musiqiyə isə bir şəkildə davam edəcəyəm. “Səhnədən ayrılıram” – deyəndə eşidənlər elə biləcək ki, hər il verdiyim böyük konsertlərdən, böyük tədbirlərdən ayrılıram. Hər şeyin xeyirlisi olsun”. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM