Tanınmış müğənninin adı “Qara siyahı”da

11:18 | 17.11.2013
Türkiyənin meqa-starı təhsil aldığı qurumun “Qara siyahı”sına düşüb. Yerli mətbuatın xəbərinə görə, tanınmış müğənni Tarkan 1990-cı ildə təhsil almaq üçün “City University of New York”a bağlı “Barush College”də qeydiyyatdan keçib. O vaxtlar Amerikada yaşayan Tarkan 2000-ci ildə ödənişli hərbi xidmət üçün Türkiyəyə qayıdıb. Ödənişli hərbi xidməti başa vuran müğənni o vaxtdan bəri demək olar ki, təhsil aldığı quruma heç getməyib. 
Qurum isə təhsil almaq üçün qeydiyyatdan keçib dərsə gəlməyən tələbələrin siyahısında Tarkanın adını ifşa edib. 
Tarkanla yanaşı “Qara siyahı”da Cenifer Lopezin, stilist Ralf Loren, porno ulduz Robin Börd və s. məşhurların adları var. 
Tarkanın qeydiyyatını ləğv edən universitet onun adını öz internet saytındakı “Qurumumuzda qeydiyyatdan keçib dərsə gəlməyənlər” adlı siyahıda göstərib. 
ANS PRESS
loading...

Xəbər lenti