Tanınmış rəqqasənin yaradıcılıq gecəsi keçiriləcək

09:27 | 09.12.2013
Tanınmış rəqqasənin yaradıcılıq gecəsi keçiriləcək

Tanınmış rəqqasənin yaradıcılıq gecəsi keçiriləcək

Dekabrın 20-də Respublika İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsində rəqqasə, aktrisa və pedaqoq Rimma Məmmədovanın yaradıcılıq gecəsi keçiriləcək.Gecənin təşkilatçısı tanınmış rəqqas, Respublika İncəsənət Gimnaziyasının şöbə müdiri, əməkdar artist Tahir Eynullayevdir.T.Eynullayev AzərTAc-a bildirib ki, tanınmış incəsənət xadimlərinin, rəqqasənin şagirdlərinin və gimnaziyanın müəllimlərinin iştirak edəcəyi gecədə R.Məmmədovanın sənət yolundan, musiqi sənətimizə bəxş etdiyi sənət incilərindən söz açılacaq.R.Məmmədova uzun illər Bakı Xoreoqrafiya Məktəbinə rəhbərlik edib. Aktrisa kimi də tanınan rəqqasə “Mollanın sərgüzəştləri”, “Bizim küçə” və s. filmlərdə müxtəlif obrazlar yaradıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM