Tanınmış rəssam Azərbaycanı beynəlxalq sərgidə təmsil edəcək

20:11 | 03.02.2014
Tanınmış rəssam Azərbaycanı beynəlxalq sərgidə təmsil edəcək

Tanınmış rəssam Azərbaycanı beynəlxalq sərgidə təmsil edəcək

Tanınmış rəssam Nigar Nərimanbəyova Azərbaycanı Parisin MARAİS İncəsənət Mərkəzinin məşhur Paulia Roza qalereyasında keçiriləcək Beynəlxalq “Teatr and Balet” sərgisində təmsil edəcəkdir.AzərTAc xəbər verir ki, fevralın 20-dən martın 16-dək davam edəcək sərgidə azərbaycanlı rəssamın “Bütün həyat teatrdır” seriyasından 5 əsəri nümayiş olunacaqdır.Sərgidə, həmçinin tanınmış rusiyalı rəssamlar Yelena Rezayeva, Mariya de Marko, Dina Lebedeva və Andrey Tırtışnikov da iştirak edəcəklər.Nigar Nərimanbəyova 1961-ci ildə Bakıda doğulmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Azərbaycan Rəssamlıq Akademiyasını və Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir.Tanınmış rəssam Fransa, Almaniya, Avstriya, Azərbaycan və digər ölkələrdə beynəlxalq sərgilərdə iştirak etmişdir. O, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq İncəsənət Assosiasiyasının üzvüdür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM