Tanınmış telejurnalist Anar Yusifoğlu bu gün səhhəti ilə bağlı Türkiyəyə müalicəyə gedir.
Qaynar.info xəbər verir ki, “Axar.az”ın məlumatına görə, həmkarımızın hər iki gözündə ağır cərrahiyyə əməliyyatı aparılacaq.
Qeyd edək ki, A.Yusifoğlu uzun müddətdir keratakonusdan əziyyət çəkir. Hazırda vəziyyət daha kritik olduğundan, cərrahi müdaxilə qaçılmazdır.
Əməliyyat yanvarın 28-də, İstanbulun Alman Xəstəxanasında həkim professor Ömər Faruk Yılmaz tərəfindən aparılacaq.
Həmkarımıza Allahdan şəfa diləyirik.
Qaynar.info
Bizi sosial şəbəkələrdə izləyin !