Tanınmış telejurnalistin Dağlıq Qarabağa səfər planına aydınlıq gətirildi

10:45 | 30.11.2013
Tanınmış telejurnalistin Dağlıq Qarabağa səfər planına aydınlıq gətirildi

Tanınmış telejurnalistin Dağlıq Qarabağa səfər planına aydınlıq gətirildi

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın tanınmış telejurnalisti, CNN-in sabiq aparıcısı Larri Kinqin işğal olunmuş Dağlıq Qarabağa səfər planlarına münasibət bildirib.

Səfirlikdən Trend-ə eksklüziv açıqlamada bildiriblər ki, amerikalı telejurnalist Larri Kinqin səyahət planları barədə məlumatsızdırlar: 

"Mövcud münaqişə səbəbilə, biz Dağlıq Qarabağda ABŞ vətəndaşlarına konsulluq xidmətləri təklif etmirik".

Səfirlikdən bildirilib ki, ABŞ bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addımlar atmağa çağırır.

Qeyd edək ki, bəzi xarici KİV-lər məşhur telejurnalist Larri Kinqin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməyi planlaşdırması barədə xəbər vermişdi. Məlumatda qeyd olunur ki, qondarma Dağlıq Qarabağın separatçı rejiminin lideri Bako Saakyan jurnalisti Dağlıq Qarabağ dəvət edib və Larri Kinq dəvəti qəbul edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM