Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu "Corinth Pipeworks S.A.” şirkəti ilə müqavilə imzalayıb.
Konsorsiumdan "APA-Economics”ə verilən xəbərə görə, müqaviləyə əsasən, "Corinth Pipeworks S.A.” şirkəti Yunanıstan ərazisində quruda TAP-ı 48 düym ölçüsündə borularla təchiz edəcək.
TAP-ın icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) bu şirkətlə imzalanan müqavilənin çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb: "Mən "Corinth Pipeworks S.A.” şirkətini və onun tərəfdaşı olan "Marubeni Itochu Steel inc.” şirkətini tendərdə qalib gəldiyi üçün təbrik edirəm. TAP-ın Yunanıstan üçün lazım olan əsas boru kəmərləri təchizatçısı kimi bu şirkətin seçilməsi ilə biz daha təhlükəsiz iş şəraitinə və Yunanıstan üçün uzun müddətli investisiya və gəlir əldə olunacağına ümid edirik”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !