anews.az xəbər verir ki, TAP-ın podratçıları Yunanıstan və Albaniyada layihənin marşrutunun təxminən 70%-ni (765 km-dən 539-ni) təmizləyiblər.
Qaynaqlanan polad boruların 45%-dən çox hissəsi döşənib. TAP-ın tikintisində istifadə olunacaq 55 min borunun təxminən 95%-i Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. Boru kəmərinin dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası sentyabrın 3-6-da Brindisidə boşaldılıb.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Layihənin tərəfdarları hesab edir ki, boru kəməri Avropanın enerji təhlükəsizliyini artıraraq, Rusiyadan asılılığı azaldacaq.
4,5 milyon dollara başa gələcək olan boru kəmərinin 2020-ci ildə istismara veriləcəyi gözlənilir. Boru kəməri Azərbaycanın Şahdəniz 2 yatağından çıxarılan qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçən tranzit yolla İtaliyanın cənubuna daşıyacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !