• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Tarif Şurası yanacağın qiymətinə yenidən baxacaq

Tarif Şurası yanacağın qiymətinə yenidən baxacaq
20.12.2013 11:04
Yanvar ayından yanacağın yenidən bahalaşacağı ilə bağlı məlumatlar yayılıb.Modern.az saytı xəbər verir ki, yanacağın qiymətində yenicə dəyişiklik edən Tarif  (qiymət) Şurası yeni ildən benzin və digər yanacaq məhsullarının qiymətinə yenidən baxacaq. Tarif Şurasının dekabrın əvvəlində etdiyi dəyişiklik nəticəsində Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Buna baxmayaraq, qiymətlərdə yenidən tənzimlənmələrin olacağı deyilir. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban ikinci dəfə qiymət bahalaşmasına inanmır. Ekspert hesab edir ki, heç bir hökumət belə bir riskə getməz.“Hansi hökumət bir ayda 2 dəfə qiymət bahalaşması edər? Bunu nə ilə izah etməlidir. Bu barədə hansısa məlumatlar yazılırsa, bu o demək deyil ki, hökumət başını itirib. Odur ki, yenidən qiymət bahalaşmasının olmağına inanmıram”.Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə yanacağın yenidən bahalaşmasının aktual olmadığını deyir. Onun sözlərinə görə, Tarif Şurası yanacağın qiymətinə yenicə baxdığından hələ ki bu məsələ gündəmdə deyil.“Yanacağın qiyməti yenicə qalxıb. Tarif Şurası qiymət siyasətinə bu yaxınlarda baxdı və qiymətlərdə dəyişiklik etdi. Ona görə də qiymətlərin yenidən qaldırılmasına inanmıram”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol