• $
  • £

Tarif Şurası 202 dərman vasitəsinin qiymətini təsdiqləyib

Tarif Şurası 202 dərman vasitəsinin qiymətini təsdiqləyib
17.10.2023 19:35
Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Bu barədə Şuradan məlumat verilib.

Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 48 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərar 20 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.
Azərbaycan Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycanın iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 12:21
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 11:38
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Cəmiyyət 11:00
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
Cəmiyyət 10:46
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 09:58
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Yol polisi sürücülərə müraciət edib
Cəmiyyət 09:45
Yol polisi sürücülərə müraciət edib
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 09:00
Xəzər dənizində zəlzələ baş verib
Zabrat-Maştağa yolunda təmirlə əlaqədar bir sıra marşrutlarda gecikmələr gözlənilir
Cəmiyyət 22:51
Zabrat-Maştağa yolunda təmirlə əlaqədar bir sıra marşrutlarda gecikmələr gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol