Tarif Şurasından dərman qiymətləri ilə bağlı qərar

16:46 | 31.01.2023
Tarif Şurasından dərman qiymətləri ilə bağlı qərar

Tarif Şurasından dərman qiymətləri ilə bağlı qərar

Tarif Şurasının 31 yanvar 2023-cü il qərarı ilə 48 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bu barədə Tarif Şurası məlumat verib. 

Qərara görə, Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər edilib" - qərarda deyilir. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM