Tarixdə ilk - ən uzun yol gedən qatar

12:31 | 16.12.2014
Tarixdə ilk - ən uzun yol gedən qatar

Tarixdə ilk - ən uzun yol gedən qatar

Tarixdə ilk dəfə olaraq yük qatarı ən uzun marşrut üzrə hərəkət edib.

Qatar Çin əyalətindəki İu şəhərindən yola çıxıb, 8 ölkənin ərazisindən keçib və İspaniyanın Madrid şəhərində yolunu tamamlayıb. Bu epik səyahət 21 gün davam edib və qatar ümumilikdə 13.052 km yol gedib. Bu isə yerin Ekvatordakı diametrindən (12.756 km) də böyükdür.

Çin, Qazaxıstan, Rusiya, Belorus, Polşa, Fransa, Almaniya və İspaniyanın ərazisindən keçən 30 konteynerdən ibarət qatara Çin istehsalı olan oyuncaqlar, dəftərxana malları və digər məhsullar yüklənib. Tezliklə yük qatarı geriyə qayıdacaq. Bu dəfə qatara zeytun yağı, çaxır və hisə verilmiş budlar yerləşdiriləcək. Madridin meri Ana Botelya Serrano qatarın keçdiyi yolu "XXI əsrin İpək yolu” adlandırıb.

Bu, İspaniya və Çin arasında dəmiryolu ilə ticarətin mümkünlüyünü sınamaq üçün keçirilən sınaq səfəri idi. Bundan əvvəl Çin tərəfi Almaniyanın Duysburq və Hamburq şəhərləri ilə dəmiryol əlaqəsi qurmuşdu. //bakupost.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM