Arsax Azərbaycan sözüdür, oxumaq lazımdır... Firudin Cəlilov

13:22 | 31.10.2023
Arsax Azərbaycan sözüdür, oxumaq lazımdır...  Firudin Cəlilov

Arsax Azərbaycan sözüdür, oxumaq lazımdır... Firudin Cəlilov

Arsax Azərbaycanın ən qədim sözüdür. Bunu türkoloq, filologiya elmləri doktoru Firudin Cəlilov deyib. 

"Bizim çox tarixi adlarımız var. Sadəcə bu adlar üzərində işləmək lazımdır. Bu adlarla işləyən yaxşı mütəxəssislər də var. Sadəcə qrup yaratmaq lazımdır. Təssəvvür edin ölkənin adı Azərbaycandır və dərsliklərdə bu ad təhrif olunur. Savad lazımdır,oxumaq lazımdır. Arsax bizim ən qədim sözümüzdür.Bizim bu adla bağlı rəqsimiz, şeir növlərimiz var. Ermənilər bizim qədim adlarımızı gündəmə gətirir, biz isə itələyirik. Bu çox ciddi və strateji məsələdir. Milli Elmlər Akademiyasına bu məsələni axarına sala bilsələr yaxşı olar”, - Cəlilov oktyabrın 31-də Milli Məclisdə «Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək» mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib. 

Milli Elmlər Akademiyanın prezidenti İsa Həbibbəyli professora cavab olaraq bildirib ki, hazırda toponimlərlə bağlı akademiyada çox ciddi işlər görülür.

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM