Türkiyənin Ədirnə şəhərində Türk Asiya Strateji Araşdırmalar Mərkəzi (TASAM) tərəfindən təşkil edilən 3-cü Dünya Türk Forumu konfransı keçirilib.
ANS PRESS-in məlumatına görə, konfransda bir çox türk tarixçisi və ziyalıları iştirak edib. Azərbaycanlı millət vəkili Musa Qasımlının da olduğu konfransda ABŞ-ın Loisville Universitetinin tarixçi müəllimi, yazıçı Prof. Dr. Castin MakKarti, "Osmanlıdan Türkiyə Cümhuriyyətinə türk-erməni münasibətlərində tarixi baxış" mövzulu iclasda çıxış edib. İclasda ilk söz sahibi olan ABŞ-lı tarixçi 1,5 milyon erməninin ölməsinin mümkün olmadığını bildirib: "Bu rəqəm ümumi erməni əhalisindən daha çoxdur. Bu soyqırımın həqiqət olduğunu desək, onda hər bir ermənini iki dəfə ölmüş hesab etmək lazımdır. 1912 və 1921-ci illəri arasında 3 milyon müsəlman və 100 min erməni ölümü olub."Daha sonra MakKarti tarixçilərin bütün sənədləri gözdən keçirərək, həqiqətləri qəbul etməli olduqlarını bildirib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !