Kappadokiya Türkiyənin Nevşehir vilayətinə bağlı Ürgüp rayonu ilə Uçhisar- Avanos üçbucağı arasında yerləşən vadilərdə, Ürgüp-Şahinefendi arasındakı bölgədə Nevşehir Çat qəsəbəsi ətrafında, Kayseri Soğanlı vadisində ve Ağsaray Selimə kəndi ətrafında yerləşən bölgənin adıdır. O, duzlu və dayaz, lakin geniş Tuz gölünün şərqində yerləşir və Kappadokiya adlanır.
Bəzən tünd süxurlardan çələng qoyulan ağ və sarı rəngli şiş uclu qayalar, qədim zamanlardan qalmış çoxlu sayda mağaralar, yaşayış yerləri, habelə qayalardan yonulan xristian məbədləri və ibadətxanaları buranın görməli yerlərindəndir. Bu rayonda insanlar neolit dövründən məskunlaşmışlar.(e.ə VIII-III minilliklər). Bundan daha öncə, 7-5 milyon il əvvəl indiki Kappadokiyanın sahəsi güclü vulkan püskürmələrindən sarsıntılara məruz qalmışdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !