Tarixi şəxsiyyətlərlə bağlı yeni araşdırmalara başlandı - Azərbaycanda

21:18 | 07.05.2015
Tarixi şəxsiyyətlərlə bağlı yeni araşdırmalara başlandı - Azərbaycanda

Tarixi şəxsiyyətlərlə bağlı yeni araşdırmalara başlandı - Azərbaycanda

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu Azərbaycanın tarixi şəxsiyyətləri haqqında məlumatların cəmiyyətə düzgün təqdim edilməsi üçün yeni araşdırmalara başlayıb.
 
Bunu Trend-ə institutun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycanın sovet dövründəki tarixi şəxsiyyətləri haqqında məlumatlar sovet dövründə təhrif edilib. Buna görə də bu sahədə yeni araşdırmaların aparılmasına ehtiyac var: "Sovet dövründə tarixi şəxsiyyətlərimiz, Nəriman Nərimanovdan tutmuş Heydər Əliyevə qədər olan tarix olduğu kimi deyil, təhrif edilmiş formada təqdim edilib. Nəriman Nərimanov Azərbaycan tarixinin nadir, çox böyük şəxsiyyətlərindən biridir. Nərimanovu bizim xalqımıza düzgün təqdim etməyiblər. O, Azərbaycan xalqına divan tutan cəlladlara qarşı təkbaşına mübarizə aparıb. Onu Moskvaya - Kremlə aparaq orada həyatından məhrum ediblər”.

Y.Mahmudov bildirib ki, artıq arxivlərdən N.Nərimanov haqqında yeni sənədlər əldə edilib: "Həmin sənədlər Nərimanovun bu xalqın böyük oğlu olduğunu sübut edir. Bu yaxınlarda o məlumatları da ictimaiyyətə təqdim edəcəyik”.

İnstitut direktoru əlavə edib ki, institutda azərbaycanlılara qarşı törədilən soyqırımlarla bağlı minlərlə sənəd var. Alim gələcəkdə soyqırımlarla bağlı apardıqları tədqiqat işlərini daha da genişləndirəcəklərini söyləyib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM