Tarixin ən böyük müğənnisi vəfat etdi - VIDEO

19:31 | 16.08.2018
Tarixin ən böyük müğənnisi vəfat etdi - VIDEO

Tarixin ən böyük müğənnisi vəfat etdi - VIDEO

Müğənni Areta Franklin 76 yaşında dünyasını dəyişib.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, Associated Press agentliyi onun Detroyda (ABŞ) öz evində vəfat etdiyini yazıb.
2008-ci ildə Rolling Stone jurnalı onu tarixin ən böyük müğənnisi adlandırmışdı.
Avqustun 13-də kinokritik Rocer Fridman müğənninin ölüm ayağında olduğunu elan etmişdi. Onun sözlərinə görə, 76 yaşlı "soul kraliçası” ciddi xəstə olub.
2010-cu ildə Franklində xərçəng tapılıb. Müğənninin sonuncu çıxışı 2017-ci ildə baş verib.
Areta Franklin adı Rok-n-rollun şərəf zalında peyda olan ilk qadın müğənnidir. O, ritm-end-blüz, soul və hospel üslubunda mahnılar oxuyub. Franklinin populyarlığının zirvəsi 1960-cı illərin ikinci yarısına təsadüf edib.
Güclü vokalına görə Areta Franklin Soulun kraliçası adını daşıyıb. Onun sonuncu studiya albomu – Aretha Franklin Sings the Great Diva Classics 2014-cü ildə təqdim olunub. 2017-ci ildə müğənni karyerasını bitirdiyini elan etmişdi.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM