Tarixin "Ən pis qadın"ları - FOTOLAR VƏ FAKTLAR

13:13 | 14.10.2014
Tarixin "Ən pis qadın"ları - FOTOLAR VƏ FAKTLAR

Tarixin "Ən pis qadın"ları - FOTOLAR VƏ FAKTLAR

İlk və riskli addımı atanlar heç vaxt tarixdə birmənalı olaraq qarşılanmayıblar. Qanunları pozan, yazılmayan qaydalara riayət etməyən qadın olanda münasibət daha da mənfi olur.

Tarixdə elə qadınlar var ki, nəinki qayda-qanunları pozub, hətta onların çox-çox uzağında dayanıblar və elə buna görə də, "pis qadın" adını alıblar.ANN.Az həmin qadınlardan bəziləri haqqında qısa məlumatı təqdim edir:

1. Ledi Qodiva

Deyilənə görə, 11-ci əsrin əvvəllərində yaşayıb və zadəgan sinfinə məxsus olan bu dəli-dolu qadın Mersiya qrafı Leofrikin idarə etdiyi torpaqlarda xalqdan çox vergi almasına və bu vəziyyətin ədalətli olmamasına etiraz edib. Onun etiraz forması isə daha maraq kəsb edir. Tarixi mənbələrdə qeyd olunur ki, o, tamamilə soyunaraq öz atına minib, uzun saçları ilə bədəninin incə yerlərini örtərək Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrində gəzib.Buna səbəb məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşı Koventri şəhərinin küçələrində çılpaq gəzərsə, vergilərin sayını azaldacağını deməsi olub. O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.Qraf Qodivanın fədakarlığına heyran qalır və söz verdiyi kimi vergiləri azaldır. Əfsanənin bəzi versiyalarına görə, şəhərin Tom adlı bir sakini (Tom Peeping) pəncərədən baxmaq istəyəndə gözləri həmin an kor olub.1955-ci ildə amerikalı rejissor Artur Lyubin əfsanənin motivləri əsasında “Koventrili Ledi Qodiva” (ing. Lady Godiva of Coventry) filmini çəkir. Bu filmdə baş rolu 1950-ci illərdə populyar olan irland aktrisası Morin Oxara ifa etmişdir.

2. Kolett

Təxəllüsü Kolett, tam adı isə Sidoni Qabriel Kolett (1873-ci il yanvarın 28-də anadan olub və 1954-cü il avqustun 3-də vəfat edib) 1900-cı illərin əvvəllərində Fransada yazıçı olub.1906-cı ildə ərindən boşanan Kolett "Mulen Ruj" operettasında oynayır və rol yoldaşı, həmcinsi Matilda de Morni ilə sevgili olur. Bu qadınların sirri səhnədə onların ehtiraslı öpüş səhnəsi ilə ortaya çıxır və operettanın nümayişinə qadağa qoyulur.Deyilənə görə, Matilda ilə olduğu müddətdə onun həm də digər həmcins "sevgililəri" də olub.Kolettlə bağlı bilinən ən son tarixi fakt budur ki, o 40 yaşında olarkən 16 yaşlı ögey oğlu ilə yasaq məhəbbət yaşayıb.

3. Aysedora Dunkan

San-Fransiskoda doğulan Aysedora Dunkan müasir rəqsin banisi hesab olunur. Ağır uşaqlıq illəri keçirmiş bu qadın nə üçün tarixin ən pis qadınları siyahısındadır? Onun biseksual olması, nikahdan kənar uşaq dünyaya gətirməsi və özündən gənc rus şair Sergey Yeseninlə evlənməsi...Qısa sürən və iki uşağını yol qəzasında itirən qadının həyatı çox faciəli olub. Özü də 50 yaşında yol qəzasında həyatını itirib. Həm rəqs edərkən, həm də gündəlik həyatda da istifadə etdiyi çox sevdiyi uzun, ipək şalı avtomobilinin təkərini ilişərək boynunu qırıb və beləcə faciəli həyatına faciə ilə son verib. Aysedoranın bioqrafiyasını oxuyarkən, "müasir rəqsin banisi" ifadəsinə ən başda rast gəlinir. Amma şəxsi həyatı qarmaqarışıq olub. Həm qadınlarla, həm də kişilərlə sevgili kimi yaşayan Aysedora nikahdan kənar 2 övlad dünyaya gətirib. Hətta özündən qat-qat balaca qızlarla da intim həyat yaşayıb.

4. Jozefina Bayker

1906-cı il iyunun 3-də Missuri ştatında dünyaya göz açan Jozefina ilk parnofilmə çəkilən aktrisa kimi tarixə düşüb. Bu, 1934-cü ildə lentə alınmış "Zouzou" filmidir.Onun bir çox təxəllüsləri olub: "Qara Mirvari", "Bürünc Venera" və "Qırma Tanrısı". Təhrikedici və bəzən həddindən çox yarıçılpaq səhnə kostyumlarına yer verməsi onun adının tarixə "pis qadın" kimi yazılmasına səbəb olub. Baxmayaraq ki, Jozefina Marth Luther Kingin xətti ilə gedərək Vətəndaş Haqqlar hərəkatında iştirak edib və İkinci Dünya Müharibəsi əsnasında Fransız Müqavimətində dəstək verməsilə fərqlənib.

5.Alma Maler-Verfel

1800-cü illərin sonlarında Vyanada dünyaya gələn Alma ilk gənclik illərindən bəri musiqi yazması ilə digər qadınlardan fərqlənib. Tam 17 ədəd piano mahnısı bəstələyib. Onun "pis qadın" olma səbəbi bunlardır: hələ daha 17 yaşında ikən o zamanlar 35 yaşında olan məşhur rəssam Qustav Klimtle yasaq məhəbbət yaşaması. Bundan sonra isə ard-arda girdiyi evliliklər, müddətsiz, saysız-hesabsız sənətçilərlə birlikdə olmasına dair rəvayətlər indiyə qədər dolaşır.6.Bonni ParkerƏfsanəvi bank oğruları Bonni & Klayd. Bonni və Klayd, uzun müddət ABŞ-da cinayətkarlardan hesab olunublar. Dəstənin fəaliyyəti 1930-cu illərin əvvələrində bank və dükanların soyulması ilə başlayıb. XX əsrin 30-cu illərində Şimali Amerikada yaşayan əhalidə işsizlik və aclıq problemi olduğundan, əhali varlı insanları xüsusəndə bankları günahlandırırdı. Bu səbəbdən Bonni və Klayd tərəfindən gerçəkləşdirilən soyğunçuluq hadisələri yerli xalq tərəfindən hər zaman hərarətlə qarşılanıb. ABŞ-da Bonni və Klayd arasında sevgi münasibətlərinin olduğu daim ehtimal edilib. Hər iki şəxsin bunu inkar etməməsi, bu barədə olan ehtimalları zamanla doğrulayıb. Bonni və Klayd dəstəsinin özünə məxsus cəhətlərindən biri də hər soyğundan sonra hadisə yerinə çiçək bıraxılması idi.

7. Betti Peyj (22 apel 1923-11 dekabr 2008)

Tanınmış amerikalı fotomodel ötən əsrin 50-ci illərin ilk poster-qızlarının (pin up) nümunəsi hesab olunub. Parlaq qara saçları, iri mavi gözləri ilə hamını ovsunlaya bilib. Pin up jurnallarına verdiyi seksual pozlara əlavə olaraq "pis qadın" sinifinə girmə səbəbi "Playboy" jurnalının ilk "playmate"lərindən olması göstərilir.1955-ci ilin yanvar ayında "Miss January" olaraq ilk çılpaq pozlarını verib. "Playboy" jurnalının qurucusu Hugh Hefner  Bettini "İz buraxan, məşhur mədəniyyət ikonu" kimi təyin edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM