Konsert başqa tarixə keçirilib.
Türkiyəli müğənnilər Xocalı soyqırımının 22-ci ildönümünə biganə qalmayıblar.
ANN.Az Gün.Az-a istinadən xəbər verir ki, Alişan, Özcan Deniz istifadəçisi olduqları sosial şəbəkələrdə faciəni əks etdirən fotolar paylaşıblar.
Faciə ilə bağlı fikirlərini bildirib, Azərbaycan xalqına başsağlığı veriblər.
Növbəti jest isə meqastar Tarkan Tevetoğlundan gəlib. Türkiyə mətbuatının yazdığına görə, sənətçi Azərbaycanda fevralın 22-24-də keçirilməsi planlaşdırılan konsertlərindən imtina edib.
Konsertin təxirə salınmasının səbəbini isə təşkilatçı Nahid Emiloğlu faciə ilə əlaqələndirib. Deyib ki, konsert başqa bir tarixə qədər ertələnib.
“Meqastarla aramızda hər hansı bir anlaşılmazlıq yoxdur. Tarkan Xocalı faciəsinin ildönümü ilə əlaqədar konsertini başqa tarixə ertələyib. Konsertin dəqiq tarixi hələ ki, bəlli deyil. Onu deyə bilərəm ki, Tarkanın azərbaycanlı pərəstişkarlarına sürprizi olacaq. O, “Səndən nigaranam” adlı mahnını ifa edəcək”- deyə, təşkilatçı bildirib.
ANN.Az