Bu gün tatar ədəbiyyatının görkəmli nümayəndəsi olmuş Ayaz İsxakinin doğum günüdür. ANN.Az xəbər verir ki, tatarların milli mücadiləsində aparıcı simalardan biri olan İsxaki XX əsrin əvvəllərində qələmə aldığı "İnkirazi"(yox olma) əsərində bədii-fantastik süjet əsasında tatarların 200 il sonrakı vəziyyəti haqqında bəhs etmişdir. Tatarlara qarşı aparılan assimilyasiyanı əks etdirən İsxaki 200 il sonra tatarların yox olma təhlükəsindən yazmış, millətini bu təhlükələrə qarşı ayıq olmağa səsləmişdi.
SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !