Tayvanda 7,5 bal gücündə baş verən zəlzələdə 4 nəfər ölüb, 97 nəfər xəsarət alıb. Bu barədə "China Times" nəşri məlumat verib.
Mərkəzi Meteorologiya İdarəsinin rəhbəri Vu Jianfu Tayvanda baş verən zəlzələnin 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olduğunu bildirib . Onun sözlərinə görə, təkanlar bütün Tayvanda, o cümlədən mərkəzi və şimal hissələrində hiss olunub.
25 il əvvəl Tayvanın Jiji şəhərində 7,3 bal gücündə zəlzələ baş verib. O zaman 11 mindən çox insan yaralanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !