Taxıl müqaviləsinin Rusiya hissəsinin icrasına başlanılmayıb

22:39 | 23.05.2023
Taxıl müqaviləsinin Rusiya hissəsinin icrasına başlanılmayıb

Taxıl müqaviləsinin Rusiya hissəsinin icrasına başlanılmayıb

Taxıl müqaviləsinin Rusiya hissəsinin icrasına başlanmayıb, çünki Ukrayna və onun "Qərb kuratorları” ərzaq və gübrə ixracına mane olur. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında çıxış edərək bildirib.
 
Onun sözlərinə görə, "əslində” Rusiya ərzaq və gübrələrinin ixracına dair Rusiya-BMT Memorandumunun icrasına başlanmayıb və Avropa İttifaqı və ABŞ "riyakarcasına bəyan edirlər” ki, bu cür ixraca qarşı sanksiyalar yoxdur. 

"Beləliklə, Kiyev və onun Qərb idarəçiləri ərzaq və gübrə ixracına mane olur və eyni zamanda bunda başqalarını günahlandırırlar”, - Nebenzya bildirib.

Bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, dünya təşkilatı Rusiya, Ukrayna və Türkiyə ilə taxıl sazişi üzrə qalan problemlər üzrə danışıqları davam etdirir.

Aytac
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM