Baş nazir: "Biz qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu problemi həll edəcəyik
Əgər Çin tərəfi Taylandda qalan 52 uyğur qaçqınının qanunsuz fəaliyyətini sübut edən dəlillər təqdim etməzsə, onda həmin uyğur qaçqınları Türkiyəyə deportasiya oluna bilər.
"Rerport" RİA"Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Taylandın baş naziri Prayut Çan-Oça bildirib.
İyul ayının əvvəlində Tayland tərəfindən uyğur qaçqınlarının böyük bir qrupunun Çinə deportasiyası nəticəsində ölkənin ünvanına davam edən beynəlxalq tənqidlər kontekstində hökumət bu məsələni xüsusi nəzarətə götürüb.
"Həm Türkiyə, həm də Çin bizə ölkədə qalan uyğurlarla bağlı sorğu göndərərək müraciət edib. Biz qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu problemi həll edəcəyik", - Çan-Oça deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !