Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, əgər boksçu karyerasını davam etdirsəydi, istənilən rəqibə, o cümlədən Kliçko qardaşlarına qalib gələrdi.“Düzdür, çox əziyyət çəkərdim. Amma bu yaşımda (47 – red.) belə, Klickolara qalib gələrdim” – deyə o vurğulayıb.Tayson bildirib ki, hazırda qadağan olunmuş preparatların köməyi olmadan döyüşmək çətindir: “Düzdür, çoxları bunu inkar edir. Amma indi qadağan olunmuş dərmanlar boksun tərkib hissəsinə çevrilib”.Tayson onu da bildirib ki, nə vaxtsa bu yaşa qədər yaşayacağına inanmırmış.Xatırladaq ki, əfsanəvi boksçu sonuncu dəfə peşəkar rinqə 2005-ci ildə çıxıb. Ümumilikdə, o, 58 döyüşə çıxıb, bunlardan 50-də qələbə qazanıb (44-ü nokautla).ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !