FK bəyanat verib.
Tbilisi "Dinamo”su dünən Azərbaycanın "Qəbələ” klubu ilə keçirilən matçda baş verən hadisə barədə UEFA-ya xəbər verəcək.
Oxu.Az "Qruziya-onlayn”a istinadən xəbər verir ki, bu barədə gürcü klubunun icraçı direktoru Nikoloz Caqarkava "Rustavi 2” teleşirkətinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, klub bəyanat verərək öz mövqeyini qeyd edəcək.
O qeyd edib ki, baş verənlər haqqında mütləq UEFA-ya xəbər verəcəklər.
Dünənki matçda Azərbaycan azarkeşləri ingilis və Azərbaycan dillərində "Borchali is ancient Azerbaijan land” ("Borçalı qədim Azərbaycan torpağıdır”), "Sarvan no Marneuli”, "Bostandere No Rustavi” və "Choruk Gemerli! No Bolnisi!” banerləri asıblar.
Qeyd etmək lazımdır ki, polis azarkeşlərdən bu plakatları alıb, amma sonradan bu yazılar yenidən peyda olub.
Azərbaycan KİV-i ikinci taymın əvvəlində Azərbaycan azarkeşlərinin gürcü bayrağını yandırdıqlarını da yazır. Fotohesabatlarda onların bayrağı necə tapdaladıqları görünür.
Qeyd etmək lazımdır ki, Azərbaycan azarkeşlərinin bu hərəkəti, bu komandaların Tbilisi matçındakı baş verən təxribata cavabı idi. O zaman gürcü azarkeşləri "Biz Zaqatala, Qax - 1912-ci ili xatırlayırıq” plakatı asaraq, matçdan sonra Azərbaycan bayrağını tapdalamışdılar.
Azarkeşlər arasında fiziki qarşıdurma da olmuşdu. Gürcü azarkeşləri Azərbaycan azarkeşlərində terroristik təşkilat hesab etdikləri, "Boz qurdlar” təşkilatının bayrağının olması ilə özlərinə bəraət qazandırırlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !