Tbilisi zooparkı təbii fəlakətdən sonra yenidən açılacaq

20:45 | 18.08.2015
Tbilisi zooparkı təbii fəlakətdən sonra yenidən açılacaq

Tbilisi zooparkı təbii fəlakətdən sonra yenidən açılacaq

Zurab Qurielidze: "Qəfəslərin çoxu dağıldığından heyvanların zooparka gətirilməsində çətinlik çəkirik

Tbilisinin təbii fəlakətdən ziyan görmüş zooparkı bu ilin sentyabrında açılacaq.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu haqda zooparkın direktoru Zurab Qurielidze bildirib.

Onun sözlərinə görə, müəssisənin bir hissəsində daşqından sonra aparılan təmizlik və bərpa işləri başa çatıb: "Sentyabrdan zoopark işləyəcək. Qəfəslərin çoxu dağıldığından heyvanların zooparka gətirilməsində çətinlik çəkirik".

Qeyd edək ki, bu il iyunun 14-də Gürcüstanda leysan və güclü külək nəticəsində 19 nəfər həyatını itirmiş, zooparkdakı 600 heyvandan yarısı tələf olmuşdu. Daşqın və sel Tbilsidəki zooparkla yanaşı, yolları, obyektləri dağıtmışdı. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM