Tbilisidə etiraz aksiyası

16:47 | 20.11.2022
Gürcüstanda hökumət administrasiyası yaxınlığında eks-prezident Mixail Saakaşviliyə dəstək aksiyası keçirilib.

Aksiyada Saakaşvilinin ailə üzvləri, müxtəlif partiyaların üzvləri, vətəndaş fəalları və sadə vətəndaşlar iştirak ediblər.
 
Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, bugünkü mitinq oğlunun həyatını xilas etmək üçün təşkil olunub.
 
Aksiyalar nəticə verənədək davam edəcək və növbəti etiraz aksiyası noyabrın 23-ü saat 18:00-da ölkə parlamenti önündə keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM