Tbilisidə parlament qarşısında etiraz aksiyası keçirilir

22:19 | 17.04.2024
Tbilisidə parlament qarşısında etiraz aksiyası keçirilir

Tbilisidə parlament qarşısında etiraz aksiyası keçirilir

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədar dörd gündür parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.

APA xəbər verir ki, bu gün aksiyada iştirak edənlərin sayı əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Hazırda parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayan minlərlə etirazçı "Rusiya qanununa yox", "Avropaya hə, Rusiyaya yox" şüarları səsləndirirlər.

Etiraz aksiyasına müxtəlif universitetlərin tələbələri də qoşulub. Əvvəlki günlərdən fərqli olaraq bu gün əraziyə xüsusi təyinatlı polis dəstələri səfərbər edilməyib, onların avtobuslarda gözlədildiyi bildirilir.

Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb