Tbilisidə yenidən etiraz aksiyası keçirilir.Bu barədə "RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Tbilisi Dövlət Universitetinin binası yaxınlığında toplaşan etirazçılar Rustaveli prospektində parlament binasına doğru yürüş ediblər. Aksiya iştirakçılarının Gürcüstanın və Avropa İttifaqının (Aİ) bayraqlarını, eləcə də Avropaya inteqrasiyanı dəstəkləyən şüarlar yazılmış plakatlar daşıdıqları bildirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !