Tbilisidən İstanbula cəmi 77 avroya

13:34 | 19.08.2015
Tbilisidən İstanbula cəmi 77 avroya

Tbilisidən İstanbula cəmi 77 avroya

"Skyscanner” Gürcüstan paytaxtından ən ucuz uçuşların qiymətlərini açıqladı.

"Skyscanner” turizm portalının məlumatına əsasən, Tbilisidən Türkiyəyə ən minimal qiymətə uçmaq mümkündür, uçuşun qiyməti cəmi 77 avrodur.  

Oxu.Az "Biznes-Qruziya”ya istinadən xəbər verir ki, 77 avro Tbilisi-İstanbul reyslərini yerinə yetirən Atlasglobal və Pegasus Airlines aviaşirkətlərinin təxmini qiymətləridir.

Sayt bildirib ki, Tbilisidən ölkədaxili Kutaisi və Batumi istiqamətində olan uçuşlar da ucuz hesab edilir.  "Skyscanner”in məlumatına əsasən uçuşun qiyməti 104 avrodur və uçuşları "Georgian Airlines” aviaşirkəti həyata keçirir.

Nisbətən ucuz qiymətlərə Azərbaycan istiqamətində də uçmaq mümkündür, əsasən Bakıya. Burada ən ucuz uçuşu Azərbaycanın AZAL aviaşirkəti həyata keçirir, uçuşun qiyməti 143 avrodur.  

"Skyscanner”in reytinqidə dördüncü mövqedə Latviyadır. Tbilisidən Riqaya uçuşun təxmini qiyməti 148 avrodur, bu reysləri isə airBaltic və "Ukraine International” aviaşirkətləri həyata keçirir.

Tbilisinin Beynəlxalq aeroportundan həyata keçirilən uçuşlar arasında, "Skyscanner”ə görə beşinci mövqeni Rusiya tutur. Tbilisidən Rusiyaya ən ucuz Moskvaya uçmaq başa gəlir. Bu istiqamətdə S7 Airlines, "Ukraine International”, airBaltic, Aeroflot və "Transaero Airlines” uçuşları cəmi 157 avroya həyata keçirir.

Ukrayna, əsasən də Kiyev reytinqin altıncı mövqeyindədir. Bu istiqamətdə "Ukraine International” ilə 159 avroya uçmaq olar.

"Skyscanner”də yerləşdirilən məlumata əsasən aydın olur ki, Tbilisinin Beynəlxalq aeroportundan ən bahalı uçuş Fransanın Polineziyasınadır. Aydın olub ki, uçuş üçün təxmini qiymət Papeetə 2846 avro, Bora-Boraya isə 7635 avrodan ibarətdir.   

"Skyscanner”in məlumatına görə, Gürcüstanın Georgian Airlines aviaşirkəti ölkədaxili reyslərdən başqa Tel-Əviv və Paris istiqamətində də rəqabətqabiliyyətlidir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM