Tbilisinin ən böyük bazarında yanğın olub

19:00 | 08.02.2021
Tbilisinin ən böyük bazarında yanğın olub

Tbilisinin ən böyük bazarında yanğın olub

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən ən böyük qeyri-ərzaq bazarı olan "Lilo”da yanğın baş verib.

"Report”un yerli bürosu xəbər verir ki, səhər saatlarında bazarın inzibati binasında qeydə alınan yanğın daha sonra bir neçə mağazaya yayılıb.

Əraziyə 11 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın hazırda lokallaşdırılıb. Alovun tam aradan qaldırılması üzrə işlər davam etdirilir.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi hələ məlum deyil.

Bazar rəhbərliyindən bildirilib ki, yanğın zamanı üç mağaza, ümumilikdə isə 60 kvadrat metr sahə yanıb. Mağazaların sığortalandığı qeyd olunub.

Qeyd edək ki, bu gündən iki aylıq fasilədən sonra Gürcüstanda qeyri-ərzaq bazarları fəaliyyətlərini bərpa edib. Ticarət obyektləri koronavirs pandemiyası səbəbindən ötən ilin noyabrın 28-dən bağlı olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM