Tblisidə keçirilən aksiyada 20 nəfər saxlanılıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılanlardan 1-i Rusiya vətəndaşıdır və onun saxlanılması ilə bağlı məlumat İsveçrə səfirliyinə məlumat verilib.
İmedi TV xəbər verir ki, Gürcüstanda təhlükəsizlik qüvvələri xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada Moldova vətəndaşını saxlayıb.
Aprelin 4-də Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası başlayıb.
Aksiya zamanı yüzlərlə insan parlamentin qarşısındakı Rustaveli prospektinə toplaşıblar.
Aksiya etirazçılarının fikirincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ciddi təsir edəcək.
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ötən ilin ortalarında müxalifətin təkidi ilə parlamentin müzakirəsindən çıxarılıb. Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu da yenidən ciddi etirazlara səbəb olub.
Xarici agentlərə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentinin hüquq komitəsində sonuncu, üçüncü oxunuşda müzakirə edilib və qəbul olunub.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !