"Kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir”.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı Nazirlik tərəfindən Operativ Qərargaha müraciət ünvanlanıb: "Hazırda davam edən Bakı Caz Festivalının, ötən il onlayn formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir.Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu alınarsa, bu, teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım olacaqdır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !